Prokuror Bakıda arvadına baxan taksi sürücüsünü öldürən şəxsə cəza istəyib

Prokuror Bakıda arvadına baxan taksi sürücüsünü öldürən şəxsə cəza istəyib Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb
Hadisə
12 Dekabr , 2017 16:31
Prokuror Bakıda arvadına baxan taksi sürücüsünü öldürən şəxsə cəza istəyib

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında C.Əbdülməmmədin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, C.Əbdülməmməd Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

İttiham aktına əsasən, o, Vasif Ağammədovu qətlə yetirib. Məlumata görə, V.Ağammədov Bakıda taksi sürücüsü işləyirmiş.

Belə ki, C.Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən V.Ağammədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib.

C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər gün də onunla görüşə gəlib. C.Əbdülməmmədov Suraxanı rayonunun Bülbülə qəsəbəsində qətli törədib və könüllü olaraq da polisə təslim olub.

Son xəbərlər

Orphus sistemi