Prokuror Bakı sakinini öldürüb, oğlunu bıçaqlayan şəxslərə cəza istəyib

Prokuror Bakı sakinini öldürüb, oğlunu bıçaqlayan şəxslərə cəza istəyib Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib
Hadisə
2 Noyabr , 2016 17:41
Prokuror Bakı sakinini öldürüb, oğlunu bıçaqlayan şəxslərə cəza istəyib

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Ağayev və Kərəm Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında E.Ağayevin 20 il və K.Əliyevin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib.

Qeyd edək ki, hadisə sentyabrın 19-da Xətai rayonu, Nobel prospekti, 110 ünvanında qeydə alınıb. 50 yaşlı Ələddin Qarayev oğlunun toyuna 12 gün qalmış qətlə yetirilib. Belə ki, Ə.Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti-110 ünvanında yerləşən "Lion" kafesində kafe sahibinin mühafizəçisi E.Ağayevlə mübahisə edib, aralarında dava olub. Daha sonra Ə.Qarayev kafenin yaxınlığındakı evinə gedib. E.Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaqla silahlanaraq, Əmrah Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. E.Ağayev əlindəki bıçaqla Ə.Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Ə.Qarayevin atası Ə.Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. E.Ağayev onu da bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya aparılarkən, Ə.Qarayev yolda ölüb. Onun oğlu Ə.Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Daha sonra cinayəti törədən şəxslər həbs edilib.

Son xəbərlər

Orphus sistemi