Prokuror Bakı sakinini bıçaqlayan şəxsə cəza istəyib

Prokuror Bakı sakinini bıçaqlayan şəxsə cəza istəyib Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib
Hadisə
23 Avqust , 2016 18:04
Prokuror Bakı sakinini bıçaqlayan şəxsə cəza istəyib

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Elşad Həsənlinin məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında E.Həsənlinin 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası avqustun 26-na təyin edilib.

Qeyd edək ki, bu ilin oktyabrın 12-də Xarici Dairəvi küçəsində Bakı şəhər sakini Azər İsayevə bıçaq xəsarəti yetirilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Samux rayon sakini, 1992-ci il təvəllüdlü E.Həsənli tutulub.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi