Prokuror Azərbaycanda 15 il əvvəl törətdiyi cinayətə görə həbs edilən şəxsə cəza istəyib

Prokuror Azərbaycanda 15 il əvvəl törətdiyi cinayətə görə həbs edilən şəxsə cəza istəyib Məhkəmənin növbəti prosesi martın 7-nə təyin edilib
Hadisə
28 Fevral , 2017 11:32
Prokuror Azərbaycanda 15 il əvvəl törətdiyi cinayətə görə həbs edilən şəxsə cəza istəyib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əlovsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında P.Hüseynovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti prosesi martın 7-nə təyin edilib.

Qeyd edək ki, P.Hüseynov Bakıda 2000-ci ildə digər 3 nəfərlə birlikdə cinayət əlaqəsinə girərək şəhər sakini öldürməyə cəhd edib. Onlar şəhər sakinləri qarşı quldurluq əməlləridə törədərək pul alıblar. Digər 3 nəfər saxlanılıb. P.Hüseynov isə cinayətdən yayınaraq, Rusiya Federasiyasına qaçıb. O, bir müddətdən sonra Rusiyada başqa bir cinayətə görə tutulub. Uzun müddət orda məhbusluq həyatı yaşayıb. P.Hüseynov 2015-ci ildə Azərbaycana qayıdarkən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi