Prokuror AXCP üzvünə cəza istəyib

Prokuror AXCP üzvünə cəza istəyib O, Fuad Əhmədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
6 İyun , 2017 16:02
Prokuror AXCP üzvünə cəza istəyib
Report

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxışında F.Əhmədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Əsabəli Mustafayev çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 16-na təyin edilib.

Qeyd edək ki, F.Əhmədli 2016-cı il avqust ayının 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun açıqlamasına əsasən, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin qeyd edilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-lər tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi