Bakı. 14 noyabr.
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Pokuror çıxışında İ.Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses noyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ. Qasımova 19,5 milyon dollar verdiyini deyib.
Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.