Prokuror adam öldürməkdə təqsirləndirilən şəxslərdən birinə ömürlük həbs cəzası istəyib

Prokuror adam öldürməkdə təqsirləndirilən şəxslərdən birinə ömürlük həbs cəzası istəyib Digər şəxsin isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Hadisə
1 İyul , 2016 12:05
Prokuror adam öldürməkdə təqsirləndirilən şəxslərdən birinə ömürlük həbs cəzası istəyib

Bakı. 1 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxışında R.Məmmədovun ömürlük və N.Zəkərayevin isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

N.Zəkərayevin vəkili çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin günahının olmadığını və onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

R.Məmmədovun vəkili isə sanksiyadan aşağı həddə hökm çıxarılmasını xahiş edib.

N.Zəkərayev son söz üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.

Son xəbərlər

Orphus sistemi