Prokuror Abşeronda qətl törətməkdə təqsirləndirilən ata və oğluna cəza istəyib

Prokuror Abşeronda qətl törətməkdə təqsirləndirilən ata və oğluna cəza istəyib Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Əlizadə, onun atası Zakir Əlizadə və xuliqanlıqda ittiham olunan Babək Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
20 Noyabr , 2018 15:43
Prokuror Abşeronda qətl törətməkdə təqsirləndirilən ata və oğluna cəza istəyib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tural Əlizadə, onun atası Zakir Əlizadə və xuliqanlıqda ittiham olunan Babək Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında T.Əlizadənin 18 il, Z.Əlizadənin 19 il və B.Quliyevin isə 3 il müddətinə azadlıqdn məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlunu "Vinçester" markalı silahla qətlə yetirən 25 yaşlı Tural Zakir oğlu Əlizadə həbs edilib. T.Əlizadə istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Onlar "söhbət etmək" üçün kafedə görüşüblər. Kafedən çıxdıqdan sonra sözləri yenidən çəp gəlib. Bu zaman T.Əlizadə "Vinçester" markalı silahdan əvvəlcə havaya atəş açıb. Daha sonra o, R.Abbasovun ayağını güllə ilə yaralayıb. T.Əlizadə üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.

Daha sonra qətlin iştirakçısı kimi T.Əlizadə, atası Z.Əlizadə və B.Quliyev də həbs edilib. Daha sonra B.Quliyevin barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi