Prokuror 35 min manatlıq dələduzluq edən vəkilə cəza istəyib

Prokuror 35 min manatlıq dələduzluq edən vəkilə cəza istəyib Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib
Hadisə
17 Aprel , 2017 11:45
Prokuror 35 min manatlıq dələduzluq edən vəkilə cəza istəyib

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Natiq Yarəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında N.Yarəliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, N.Yarəliyev vəkil kimi fəaliyyət göstərdiyini bildirərərk, zərərçəkmiş şəxsi məhkəmə zalndan azadlığa buraxdıracağına söz verib. O, zərərçəkmişin yaxınlarının etibarından sui-istifadə edərək, onlara qarşı 35 min manat məbləğində dələduzluq edib.

N.Yarəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi