Prokuror 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib

Prokuror 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
17 İyul , 2019 11:50
Prokuror 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsinə dələduzluqda təqsirləndirilən Aqil QədirovElnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda dövlət ittihamçısı çıxış edib. 

O, Aqil Qədirovun 12 il, Elnur Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

Proses iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər. Cinayət işində 33 zərərçəkmiş var. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Onlara qarşı cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi