Prezident İlham Əliyev Belçikalıların Kralı Filippi təbrik edib

Prezident İlham Əliyev Belçikalıların Kralı Filippi təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Belçikalıların Kralı Əlahəzrət Filippi təbrik edib.
Xarici siyasət
20 İyul , 2019 14:49
Prezident İlham Əliyev Belçikalıların Kralı Filippi təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın milli bayramı münasibətilə Belçikalıların Kralı Əlahəzrət Filippi təbrik edib. 

"Report" "AZƏRTAC"a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: 

"Belçikanın milli bayramı münasibətilə Sizi və bütün belçikalıları öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi