Prezident Mingəçevirdəki yarımstansiyada baş verən qəzanın araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradıb

Prezident Mingəçevirdəki yarımstansiyada baş verən qəzanın araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradıb Bakı. 3 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Hadisə
3 İyul , 2018 13:40
Prezident Mingəçevirdəki yarımstansiyada baş verən qəzanın araşdırılması ilə bağlı Dövlət Komissiyası yaradıb
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini komissiyanın sədri təyin edilib. Həmçinin energetika naziri komissiya sədrinin müavini, daxili işlər, fövqəladə hallar nazirləri, baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru komissiyanın üzvləri təyin olunublar.

Sərəncamda Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat vermək tapşırılıb.

Bundan başqa, sərəncama əsasən, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək.

Son xəbərlər

Orphus sistemi