Prezident Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəzanı nəzarətə götürüb

Prezident Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəzanı nəzarətə götürüb Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Prezidentinin Mətbuat Xidməti Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb.
Hadisə
3 İyul , 2018 02:42
Prezident Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəzanı nəzarətə götürüb

Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Prezidentinin Mətbuat Xidməti Mingəçevir İES-in yarımstansiyasında baş vermiş qəza ilə bağlı məlumat yayıb.

“Report”un məlumatına görə, bildirilir ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.

Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanılıb.

Vəziyyət Azərbaycan Respublikası Prezidentinin daim nəzarətindədir.

Son xəbərlər

Orphus sistemi