Prezident İlham Əliyev Niderland Kralını təbrik edib

Prezident İlham Əliyev Niderland Kralını təbrik edib Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.
Hadisə
26 Aprel , 2018 18:57
Prezident İlham Əliyev Niderland Kralını təbrik edib

Bakı. 26 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Niderlandın Kralı Əlahəzrət Villem-Aleksandra təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Əlahəzrət,

Niderland Krallığının milli bayramı – Kral Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Niderland xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər

Orphus sistemi