Prezident İlham Əliyev Gəncədə “Majestic Palace” otelinin tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Gəncədə “Majestic Palace” otelinin tikintisi ilə tanış olub Dövlət başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verilib
Hadisə
599
10 Noyabr , 2017 13:00
Prezident İlham Əliyev Gəncədə “Majestic Palace” otelinin tikintisi ilə tanış olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində “Majestic Palace” otelinin tikintisi ilə tanış olub.

"Report" xəbər verir ki, dövlət başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verilib.

Bildirilib ki, 104 yerlik otelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Otelin binası 7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Oteldə 120 nəfərlik restoran, 20 yerlik iclas zalı da olacaq. Tikinti işləri zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib. Otelin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün ərazidə 1000 kV-luq transformatorun və 1500 kV-luq generatorun quraşdırılması nəzərdə tutulub.

Bu cür müasir otelin yaradılması, ilk növbədə, Gəncənin turizm potensialının daha da artırılmasına töhfə verəcək. Bundan başqa, bu cür layihələrin həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni oteldə 50 nəfər işlə təmin ediləcək.

Prezident İlham Əliyevə həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi