Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.
Hadisə
4 Aprel , 2018 11:50
Prezident İlham Əliyev Fələstinin xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

“Report” xəbər verir ki, nazir Riad Malki Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb.

Riad Malki İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında Azərbaycan Prezidentinin iştirakının çox əhəmiyyətli olduğunu qeyd edib və bu tədbirdə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransın önəmini vurğulayıb və bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

Dövlət başçısı Fələstinin xarici işlər naziri Riad Malkinin Bakıda keçirilən tədbirdə iştirakının önəmini qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Fələstin Dövlətinin və Fələstin xalqının yanında olduğunu vurğulayıb, İstanbulda keçirilən zirvə toplantısında ölkəmizin iştirakını bu həmrəyliyin nümayişi kimi dəyərləndirib.

Prezident İlham Əliyev Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Prezidentinə çatdırmağı xahiş edib.


*** 10:14

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 4-də Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

“Report”un xəbərinə görə, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.  

Son xəbərlər

Orphus sistemi