Prezident İlham Əliyev Əlcəzairin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Əlcəzairin dövlət başçısını təbrik edib Məktub Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə göndərilib
Hadisə
31 Oktyabr , 2017 18:05
Prezident İlham Əliyev Əlcəzairin dövlət başçısını təbrik edib

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına sülh və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi