​Prokurorluğun bəraət alan şəxs barəsində verdiyi apellyasiya protesti təmin edilməyib

​Prokurorluğun bəraət alan şəxs barəsində verdiyi apellyasiya protesti təmin edilməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
13 İyul , 2016 09:35
​Prokurorluğun bəraət alan şəxs barəsində verdiyi apellyasiya protesti təmin edilməyib

Bakı. 13 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Namiq Cavad oğlu Əmircanov barəsində olan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, N.Əmircanov 2014-cü ildə Səbail rayonu ərazisində, “Gəlin Qaya” restoranının qarşısında saxlanılıb. İttiham aktına əsasən, onun üzərinə baxış keçirilərkən 9,5 kq marixuana aşkarlanıb. Həm istintaq zamanı, həm də məhkəmə prosesində N.Əmircanov narkotik maddənin ona məxsus olmadığını deyib. 

N.Əmircanov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddələri ilə ittiham olunub.

Bu il fevral ayının 26-da Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əmircanov barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi