Yuxarı
    Bağlamaq

    ​Polislərlə əlbəyaxa olan sərxoş qadın sürücü azadlıqdan məhrum edilib - VİDEO

    Onun idarə etdiyi KİA markalı avtomobil onun özünün yox, oğlan dostunun olub

    Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda sərxoş vəziyyətdə yol polislərinə tabe olmayan qadın sürücünün hərəkətlərinə hüquqi qiymət verilib.

    “Report” xəbər verir ki, polisə tabe olmayan M.K. ilə bağlı işə Xətai rayon Məhkəməsində baxılıb. O, məhkəmənin qərarı ilə inzibati qaydada 15 sutka müddətinə azadlıqdan məhrum edilib.

    Məhkəmə onun 37-ci Polis Bölməsinin növbətçi hissəsinin iş rejimini pozmasını ağırlaşdırıcı hal kimi qəbul edib.

    Həm də məlum olub ki, M.K.-nın idarə etdiyi "KİA" markalı avtomobil onun özünün yox, oğlan dostunun olub.

    Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib. Belə ki, yol polisləri tərəfindən qayda pozduğu üçün saxlanılan "KIA" markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü, həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağrılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi