Polislər Həsən bəy Zərdabiyə məxsus tarixi əşyaları tapdı

Polislər Həsən bəy Zərdabiyə məxsus tarixi əşyaları tapdı Bir müddət əvvəl Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabiyə məxsus 2 ədəd qədimi mis kasanın rayonun Qoruqbağı kəndində bir nəfərdə olduğu müəyyən edilib.
Hadisə
5 May , 2020 17:49
Polislər Həsən bəy Zərdabiyə məxsus tarixi əşyaları tapdı

Bir müddət əvvəl Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabiyə məxsus 2 ədəd qədimi mis kasanın rayonun Qoruqbağı kəndində bir nəfərdə olduğu müəyyən edilib. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, aydın olub ki, bu kasaları böyük mütəfəkkir həmin kənddə ailə quran cavanlara bağışlayıb. İllər keçdikdən sonra həmin xanım bu kasaları ədibin ev muzeyinə bağışlamaq qərarına gəlib. Etibar etdiyi yaxın qohumu isə bu işə soyuq münasibət göstərib.

Zərdab Rayon Polis Şöbəsinə məlumat daxil olduqda polis əməkdaşları Tumarxan Ağayev və Murad Muradlı kasaları saxlayan şəxsi müəyyən edərək onunla görüşüb bu eksponatların tarixi dəyərini izah ediblər, tariximizi qoruyub saxlamaq və gələcək nəsillərə ötürülməsi üçün kasaların muzeyə verilməsinin vacib olduğunu deyiblər. Həmin şəxs kasaları muzeyə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi