Polislər arasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib

Polislər arasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib Bu gün Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibəti ilə polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib.
Hadisə
6 İyun , 2023 15:52
Polislər arasında Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yarış keçirilib

Bu gün Suraxanı Rayon Polis İdarəsinin təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibəti ilə polis əməkdaşları arasında silahsız özünü müdafiə üzrə çempionat keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli, rayon prokuroru Rəşid Mahmudov, rayon məhkəməsinin sədri Rasim Kazımov, polis mayoru əməkdar idman ustası Elşən İbişov, DİN-in İdman Cəmiyyətinin nümayəndəsi və başqaları iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Çıxış edən qonaqlar müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətçiliyimizin tərəqqisi sahəsində gördüyü işlər barədə geniş məlumat verib və yarış iştirakçılarına uğurlar arzu ediblər.

Daha sonra start verilən yarışda Suraxanı RPİ-nin 90 əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb. Silahsız özünü müdafiə və əlbəyaxa döyüş növləri olmaqla iki mərhələdə keçirilən çempionatda qalıb gələn polis əməkdaşları medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi