Polisin saxladığı sürücü ülgüclə özünə xəsarət yetirib

Polisin saxladığı sürücü ülgüclə özünə xəsarət yetirib İsmayıllı rayon sakini ülgüclə özünə xəsarət yetirib
Hadisə
114
27 Aprel , 2021 11:13
Polisin saxladığı sürücü ülgüclə özünə xəsarət yetirib

İsmayıllı rayon sakini ülgüclə özünə xəsarət yetirib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 26-da saat 12 radələrində Göyçay şəhəri ərazisində İsmayıllı rayon sakini İ.İsmayıllının idarə etdiyi “VAZ-2106” markalı avtomobil konstruksiyasında dəyişiklik olunduğuna görə polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinin müvəqqəti duracağına yerləşdirilib.

Bundan sonra sürücü sol qolunun bilək nahiyəsinə ülgüclə xəsarət yetirib və benzinlə özünü yandırmağa cəhd göstərərkən polis əməkdaşları tərəfindən qarşısı alınıb.

Duracağa çağırılan təcili tibbi yardım məntəqəsinin işçiləri tərəfindən ona ilkin tibbi yardım göstərilib və toplanan materialla birgə rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi