Yuxarı
    Bağlamaq

    Polisə müqavimət göstərməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahid ifadə verib

    DYP əməkdaşı dindirilib

    Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Xəyyam Vəliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    "Report"un məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda şahid qismində Dövlət Yol Polisi (DYP) əməkdaşı Elçin Həsənəliyev ifadə verib.

    O, qeyd edib ki, xidmətdə olduğu zaman digər DYP əməkdaşı Elnur İsgəndərov vətəndaşın onlara qarşı zor tətbiq edərək, müqavimət göstərdiyini bildirib: "Bu zaman mənimlə birlikdə xidmətdə olan digər polis əməkdaşı ilə birgə "Nizami" kinoteatrının qarşısına gəldik. Biz ora gələndə polis əməkdaşı Elnur İsgəndərov və onun birlikdə xidmətdə olan digər polis əməkdaşı da həmin ərazidə idi. Onlar ağ rəngli "Range Rover" markalı avtomobili saxlamışdılar. Sonradan öyrəndim ki, sürücünün adı Xəyyamdır. Çox aqressiv olan Xəyyam Elnurla mübahisə edirdi. Həmçinin o, nalayiq ifadələr işlədirdi. Onu polisə apardılar. Sonra nə baş verdiyindən xəbərsizəm. Mən nə bilirəmsə, danışdım. Hadisə 2 il əvvəl olub".

    X.Vəliyevin vəkili şahidin ifadələri arasında ziddiyyətlərin olduğunu və istintaqa ifadəsinin elan edilməsini istəyib.

    Məhkəmədə polis əməkdaşı E.Həsənəliyevin istintaqa verdiyi ifadəsi elan olunub.

    Daha donra E.Həsənəliyev dediklərini təsdiq etdiyini və ziddiyyətli fikir bildirmədiyini söyləyib.

    Məhkəmənin növbəti prosesi fevralın 9-na təyin edilib.

    Qeyd edək ki, X.Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmək və zor tətbiq etmək) maddələri ilə ittiham olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi