Bakı. 9 sentyabr. REPORT.AZ/ Bakı
"Report"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən şəxsin bacısının ifadəsi dinlənilib.
Məhkəmənin növbəti iclası sentyabrın 23-nə təyin edilib.
Məhkəmə prosesindən sonra tərəflər arasında mübahisə düşüb.
Qeyd edək ki, bu il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyiti aşkarlanıb. Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalar nəticəsində meyitin İmişli Rayon Polis Şöbəsinin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.
Araşdırmalar zamanı o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.
R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutularaq dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.