​Polis yoldaşını öldürərək yandıran şəxsin görüntüsü yayımlanıb - FOTO

​Polis yoldaşını öldürərək yandıran şəxsin görüntüsü yayımlanıb - FOTO Ravil İbayev dindirilərkən törətdiyi cinayəti tam etiraf edib
Hadisə
20 Aprel , 2015 14:25
​Polis yoldaşını öldürərək yandıran şəxsin görüntüsü yayımlanıb - FOTO

Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda polis yoldaşını öldürərək yandıran şəxsin fotosu yayımlanıb. “Report” tutulana qədər İmişli Rayon Polis Şöbəsində (RPŞ) sürücü işləyən İbayev Ravil Nuruş oğlunun fotosunu təqdim edir.

Qeyd edək ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin RPŞ-nin polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.

Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində (RPŞ) sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu cinayətin izini itirmək məqsədi ilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.

R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.

Cinayətin törədilməsində digər şəxslərin iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı şəhər prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi