Polis xüsusi karantin elan edilən rayonlarda reydlər keçirib

Polis xüsusi karantin elan edilən rayonlarda reydlər keçirib Xüsusi karantin rejiminin qüvvədə qaldığı Göygöl və Goranboy rayonlarında polis əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda o cümlədən iri supermarketlərdə gücləndirilmiş kütl
Hadisə
4 Avqust , 2020 08:54
Polis xüsusi karantin elan edilən rayonlarda reydlər keçirib
0 : 00
0 : 00

Xüsusi karantin rejiminin qüvvədə qaldığı Göygöl və Goranboy rayonlarında polis əməkdaşları koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarda o cümlədən iri supermarketlərdə gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan "Report"a verilən məlumata görə, supermarketlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Vətəndaşlarla aparılan söhbətlər zamanı koronavirus infeksiyasının fəsadları diqqətə çatdırılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadənin zəruriliyi bildirilib. Polis əməkdaşları tərəfindən həmin şəxslərə mövcud sanitar-gigiyenik qayda və tələblərə riayət etmələrinin vacibliyi izah olunub.

Edilən xəbərdarlıqlara baxmayaraq, qaydaları pozmaqda davam edən şəxslər barəsində protokol tərtib edilərək, cərimələniblər

Son xəbərlər

Orphus sistemi