​Polis toyda oğurluq edən şəxsi axtarır - FOTO

​Polis toyda oğurluq edən şəxsi axtarır - FOTO Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
29 Aprel , 2015 14:37
​Polis toyda oğurluq edən şəxsi axtarır - FOTO

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanda polis toyda oğurluq edən şəxsi axtarır.

Biləsuvar Rayon Polis Şöbəsindən (RPŞ) “Report”a bildirilib ki, bu il aprelin 11-də Biləsuvar şəhərində yerləşən “Zirvə” şadlıq sarayında keçirilən toy mərasimi zamanı rayon sakini Ruslan Məmmədova məxsus ümumi dəyəri 330 manat olan ”Samsunq” və “Nokia” markalı 2 ədəd mobil telefon naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı Biləsuvar RPŞ-nin İstintaq qrupunda Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsilə cinayət işi başlanılıb. Həmin toy mərasiminin videoçəkilişindən götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir.

Onu tanıyanlardan DİN-in “102” Xidmətinə, (051) 705-00-39 və ya (050/ 055) 339-22-44, həmçinin (02529) 5-04-02, (02529) 5-00-39 nömrəli telefonlara zəng edərək Biləsuvar RPŞ-yə məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi