Yuxarı

Mingəçevir Polis Şöbəsində ölən şəxsin qohumları müstəntiqi döyüb

Faktla bağlı cinayət işi açılıb

Bakı. 22 avqust. REPORT.AZ/ Mingəçevir Şəhər Polis Şöbəsində ölən 1988-ci il təvəllüdlü Bəhruz Hacıyevin qohumları şəhər prokurorluğunun müstəntiqi Rəşadət Orucovu döyüb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə B.Hacıyevin meyiti morqda olarkən elə morqun qarşısında baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, mərhumun qohumları Bəhruz Hacıyevin polis şöbəsində dindirilmə zamanı döyüldüyünü və nəticədə öldüyünü iddia edir.

Daxili İşlər Nazirliyi isə B.Hacıyevin dindirilmə zamanı özünü pəncərədən ataraq intihar etdiyini bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi