Polis Şəmkirdə reyd keçirib, maskadan istifadə etməyənlər cərimələnib

Polis Şəmkirdə reyd keçirib, maskadan istifadə etməyənlər cərimələnib Şəmkir rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.
Hadisə
29 iyun 2020 07:35
Polis Şəmkirdə reyd keçirib, maskadan istifadə etməyənlər cərimələnib

Şəmkir rayonunda koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.

Bu barədə "Report"un Qərb Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görülür.

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində sakinlərlə maarifləndirici söhbətlər aparıb, karantin-sanitar rejim qaydalarına riayət etməyə çağırıblar. Tibbi maskadan istifadənin zəruri olduğunu, əks halda barələrində qanunauyğun tədbirlərin görüləcəyi onların diqqətinə çatdırılıb.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi