Polis rəisinin şirkətlə bağlı apelyasiya şikayəti təmin olunub

Polis rəisinin şirkətlə bağlı apelyasiya şikayəti təmin olunub Bakı Apelyasiya Məhkəməsində Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirovun apelyasiya şikayətinə baxılıb.
Hadisə
26 İyul , 2019 13:51
Polis rəisinin şirkətlə bağlı apelyasiya şikayəti təmin olunub
Report

Bakı Apelyasiya Məhkəməsində Yasamal Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cəmil Əmirovun apelyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara əsasən, “Çukurova-Su İstilik Quraşdırma Birgə Müəssisəsi” MMC barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Yasamal Rayon Məhkəməsinin 7 iyun 2019-cu il tarixli qərarı ləğv edilib. İş baxılması üçün yenidən birinci instansiya məhkəməsinə göndərilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci (dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsinə əsasən, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Çukurova-Su İstilik Quraşdırma Birgə Müəssisəsi” MMC Azərbaycan rayonlarında su-kanalizasiya sistemlərinin çəkilməsi və yenidən qurulmasını həyata keçirən şirkətdir. 

Son xəbərlər

Orphus sistemi