Yuxarı
    Bağlamaq

    ​Polis rəisini bıçaqlayan şəxslərə hökm oxunub

    Onlar ümumilikdə 21 il ay 6 ay müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 2 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyevə qarşı cinayət törətməkdə təqsirləndirilən Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəməsi başa çatıb.

    "Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Ə.Qəhrəmanov 9 il, C.Nifətliyev 6 il 6 ay, A.Əliyev və N.Həsənov 6 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, prokuror çıxışında Ə.Qəhrəmonovun 11 il, C.Niftəliyevin 8 il, A.Əliyevlə N.Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, hadisə 2014-cü il iyunun 20-ə keçən gecə "Xutor" qəsəbəsində qeydə alınıb. Binəqədi rayon 5-ci Polis Bölməsinin rəisi Anar Şıxəliyev dostuna məxsus “Mercedes Galenvagen” markalı avtomobili idarə edərkən naməlum şəxslər “Niva” və "Opel" markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər. Təxminən 10 nəfərə yaxın adam avtomobillərdən düşərək əllərindəki taxta dəyənəklərlə maşının bütün şüşələrini sındırıb. Daha sonra A.Şıxəliyev bıçaqlanıb.

    Aparılan araşdırmalar zamanı hadisənin Xəyal Qəhrəmanov, Ələkbər Qəhrəmanov, Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov adlı şəxslər tərəfindən törədildiyi məlum olub. Şübhəli şəxslər bir neçə ay gizlənərək istintaqdan yayına biliblər. Onlardan Xəyal Qəhrəmanovun cinayət işi ayrıca icraata götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi