Polis qardaşını öldürən şəxs hakim qarşısına çıxarılır

Polis qardaşını öldürən şəxs hakim qarşısına çıxarılır Bakıda polis qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
10 İyun , 2020 09:14
Polis qardaşını öldürən şəxs hakim qarşısına çıxarılır

Bakıda polis qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Zeynal Ağayevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə fevralın 24-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

1989-cu il təvəllüdlü A.R mübahisə zəminində qardaşı, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşı A.R-i bıçaqla qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi