Polis qanunsuz saxlanılan silahları aşkar edərək götürüb

Polis qanunsuz saxlanılan silahları aşkar edərək götürüb Bakı. 10 dekabr. REPORT.AZ/ Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Hadisə
10 Dekabr , 2018 10:46
Polis qanunsuz saxlanılan silahları aşkar edərək götürüb
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vidadi İslamovdan “Naqan” markalı tapança aşkarlayaraq götürüblər. 

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları Bəylik kənd sakini Zamiq Yolçuyevdən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları isə Qüdasar kənd sakini Qabil Quliyevdən müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngləri götürüblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi