Yuxarı

Nazir polis polkovnikini təqaüdə göndərib - FOTO

DİN-də yeni kadr təyinatı olub

Bakı. 29 yanvar. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

“Report” xəbər verir ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polis polkovniki İmran Nəcəfov xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxarılıb. Onun yerinə Baş İdarənin şöbə rəisi Samir Zeynalov təyin edilib.

Qeyd edək ki, hər iki əmri daxili işlər naziri Ramil Usubov imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi