Bakı sakinindən “Makarov” tipli tapança götürülüb

Bakı sakinindən “Makarov” tipli tapança götürülüb Araşdırma aparılır
Hadisə
542
12 Mart , 2021 20:15
Bakı sakinindən “Makarov” tipli tapança götürülüb
0 : 00
0 : 00

Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis bölməsi əməkdaşlarının Məmmədli kəndi ərazisində keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Bakı şəhər sakini, 65 yaşlı Cənnət Məcidov saxlanılıb.

"Report"un məlumatına görə, onun üzərindən bir ədəd “Makarov” tipli tapança aşkar edilərək maddi sübut kimi götürülüb.

O, tapançanı 200 manata tanımadığı şəxsdən aldığını və Məmmədli kəndində satmaq istədiyini bildirib.

Qeyd edək ki, Cənnət Məcidov 7 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi