Yuxarı

​Polis Nardaran sakinindən silah və narkotik maddə götürüb

Həmçinin “AKS” markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda polis əməkdaşları Nardaran sakinindən silah və narkotik götürüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əli Əliyevin evindən “F-1” qumbarası və 3,95 qram heroin aşkar edilərək götürülüb.

Bundan başqa, polis əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindən içərisində “AKS” markalı silah, 39 ədəd patron və patron darağı olan kisə tapılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi