Yuxarı

Bakıda polis mundirində dələduzluq edən şəxslər tutulub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 16 fevral. REPORT.AZ/ Bakıda özlərini polis kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 21-də saat 22:20 radələrində, Ə.Ələkbərov küçəsi 10-da yerləşən daşınmaz əmlak ofisində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Elşad Muradovun etibarından sui-istifadə edərək 10 000 manat, yanvarın 28-də saat 18 radələrində, Azərbaycan prospektində - Daxili İşlər Nazirliyinin inzibati binasının yaxınlığında Abşeron rayon sakini, 1982-ci il təvəllüdlü Elgün Ələkbərovun etibarından sui-istifadə edərək, 95 000 manat pulunu dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1978-ci il təvəllüdlü, Nazim Tahir oğlu Məmmədov, 1982-ci il təvəllüdlü, Zaur İldırım oğlu Ədilov və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü İlkin Samir oğlu Bayramov tutulublar. Şübhəli şəxslər ətrafında keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, əvvəllər oğurluq, dələduzluq, hədə-qorxu ilə pul tələb etmə maddələri ilə məhkum olunmuş N.Məmmədov vətəndaşların etibarını qazanmaq üçün özünü məsul polis əməkdaşı kimi təqdim edərək, qanunsuz olaraq xidməti polis mundirində, mayor xüsusi rütbəsində, Z.Ədilov polis baş leytenantı rütbəsində Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binalarında yerləşən mənzillərin sənədlərini saxtalaşdıraraq alqı-satqısını həyata keçiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi