Yuxarı

Polis müğənni Kərim Abbasovun döyülməsi ilə bağlı təhqiqat araşdırmalarına başlayıb

Polis müğənni Kərim Abbasovun döyülməsi ilə bağlı təhqiqat araşdırmala

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) müğənni Kərim Abbasovun döyülməsi barədə xəbərlərə münasibət bildirib.

İdarənin sözçüsü, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır.

K.Abbasovu döydüyü deyilən Elvin Ramazanov müəyyən olunaraq idarəyə dəvət olunub və onun izahatı alınıb.

E.Hacıyev əlavə edib ki, E.Ramazanov polis əməkdaşı deyil: "Onun polis olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir".

Fakt üzrə təhqiqat araşdırmaları davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi