Polis mağazalarda 10 mindən çox partlayıcı oyuncaqlar aşkarlayıb

Polis mağazalarda 10 mindən çox partlayıcı oyuncaqlar aşkarlayıb Araşdırmalar davam etdirilir
Hadisə
23 Dekabr , 2015 13:03
Polis mağazalarda 10 mindən çox partlayıcı oyuncaqlar aşkarlayıb

Bakı. 23 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları 10 632 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqları aşkar edərək götürüb. "Report"un xəbərinə görə, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.

Belə ki, idarənin əməkdaşları tərəfindən Abşeron və Qaradağ rayonları ərazilərindəki mağazalarda satıcı işləyənlər - Naib Əsədullayevdən, Cavid Fərəcovdan və Ramil Quliyevdən ümumilikdə 10 632 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi