Bakı. 29 yanvar. REPORT.AZ/ Polis əməkdaşları hətta xidmətdən kənar vaxtı belə sayıqlıq və operativlik göstərərək cinayətlərin qarşısının alınmasında və açılmasında, təhlükəsizliyin qorunmasında fərqlənirlər.
DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yanvarın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 1 ədəd mobil telefonu soyğunçuluq yolu ilə aparmağa cəhd göstərən şəxs xidmətdən kənar vaxtı həmin mağazada olan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən yaxalanıb. 13-cü Polis Bölməsinə təhvil verilmiş həmin şəxsin Bakı şəhər sakini Z.Kərimov olduğu müəyyən edilib.
Araşdırma aparılır.