Polis idarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb

Polis idarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
10 Mart , 2018 17:35
Polis idarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 10 mart. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi bədbəxt hadisə nəticəsində ölüb. 

"Report" xəbər verir ki,  25 yaşlı Mirzəli Cavid Ədalət oğlu ilkin məlumata görə, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.

Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.

Son xəbərlər

Orphus sistemi