Polis həmkarını öldürən şəxs Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirilib

Polis həmkarını öldürən şəxs Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirilib Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
27 Dekabr , 2016 16:27
Polis həmkarını öldürən şəxs Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Xəzər Rayon Məhkəməsində polis həmkarı olan keçmiş qaynını qətlə yetirməkdə təqsirləndirilən Tural Qafarovun cəzasının çəkilməmiş hissəsini çəkmək üçün Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirilməsinə dair ərizəsinə baxılıb.

"Report"un məlumatına görə, məhkəmə onun ərizəsini təmin edib.

T.Qafarovun barəsində onun cəzasının çəkilməmiş hissəsini çəkmək üçün Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə keçirilməsi barədə qərar çıxarılıb.

Qərardan narazı qalan prokuror Sadiq Əkbərov apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun apellyasiya protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, 2009-cu il dekabrın 1-də Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Kamil oğlu Qafarov yaşadığı Nəsimi rayonu, Dilarə Əliyeva, 251 ünvanında ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı, polis çavuşu Zaur Əliyevi bıçaqla qətlə yetirib.

T.Qafarov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olunub.

2010-cu ilin avqust ayının 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə T.Qafarov 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi