Polis general-mayoru Həzi Aslanov: “Bu il narkotiklərlə bağlı 48 cinayətkar qrup zərərsizləşdirilib”

Polis general-mayoru Həzi Aslanov: “Bu il narkotiklərlə bağlı 48 cinayətkar qrup zərərsizləşdirilib” Məsuliyyə cəlb olunanlardan 63-ü həbs olunub
Hadisə
2773
8 Noyabr , 2016 17:02
Polis general-mayoru Həzi Aslanov: “Bu il narkotiklərlə bağlı 48 cinayətkar qrup zərərsizləşdirilib”

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu ilin 9 ayında narkotiklərlə bağlı hüquqpozmalara görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub. 

“Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov DİN-in kollegiya iclasında deyib.

O bildirib ki, məsuliyyə cəlb olunanlardan 63-ü həbs olunub, 46-sı isə cərimələnib.

İdarə rəisinin sözlərinə görə, hesabat dövründə respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar bütövlükdə 2511, o cümlədən satışla bağlı 620 müvafiq cinayət faktı müəyyən edilib, 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib: “ “Qara bazarda” dəyəri 6 milyon 774 min manat təşkil edən 784,5 kiloqram və ya ötən ilin 9 ayı ilə müqayisədə 52 kiloqram çox müxtəlif növ narkotik vasitə götürülüb, 70,8 kq və ya 11,4 kq çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb”.

Son xəbərlər

Orphus sistemi