Polis əməliyyat keçirdi, saxlanılanlar var

Polis əməliyyat keçirdi, saxlanılanlar var Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əkbərovdan “Mauser” markalı tapança aşkar edilərək götürülüb.
Hadisə
12 Yanvar , 2021 11:58
Polis əməliyyat keçirdi, saxlanılanlar var

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Əkbərovdan “Mauser” markalı tapança aşkar edilərək götürülüb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Nağıyev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 5 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı mənzilə baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş “TOZ-13” markalı tüfəng və 8 ədəd patron götürülüb.

Son xəbərlər

Orphus sistemi