Polis əməliyyat keçirdi, 20 kq-dan artıq narkotik götürüldü

Polis əməliyyat keçirdi, 20 kq-dan artıq narkotik götürüldü Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini H.Əliyev saxlanılıb.
Hadisə
745
8 Yanvar , 2021 12:29
Polis əməliyyat keçirdi, 20 kq-dan artıq narkotik götürüldü

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ş.Əhmədovun yaşadığı Hacıqabul şəhərindəki evindən 8 kq 452 qram marixuana aşkar edilərək götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş K.Əzimov Abşeron rayonu ərazisində saxlanılıb. İdarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı 3 kq-an artıq heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini H.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 248 qrama yaxın heroin, 198 qramdan artıq metamfetamin, yaşadığı mənzildən isə 5 ka 500 qram heroin, 243 qramdan artıq metamfetamin, 2 ədəd elektron tərəzi, Yeni Suraxanı qəsəbəsi ərazisində yol kənarında gizlətdiyi 8 kq heroin və 985 qram metamfetamin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi