Polis daha 4 rayonda COVID-19 xəstələri aşkarladı

Polis daha 4 rayonda COVID-19 xəstələri aşkarladı Polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər mütəmadi olaraq davam etdirilir.
Hadisə
9 dekabr 2020 09:04
Polis daha 4 rayonda COVID-19 xəstələri aşkarladı

Polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər mütəmadi olaraq davam etdirilir.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub.

Bərdə, Tərtər, Beyləqan və Sabirabad rayonlarında polis əməkdaşları tərəfindən aktiv COVID-19 xəstələrənin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülən tədbirlərlə həmin şəxslər müalicə aldıqları ünvanlara geri qaytarılıblar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi