Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Gərəkli kəndində əməliyyat keçirib.
Hadisə
105
21 Avqust , 2019 15:02
Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları Gərəkli kəndində əməliyyat keçirib.

“Report” xəbər verir ki, daxil olmuş məlumat əsasında 1985-ci il təvəllüdlü Qambiyev Ramil Ramazan oğlunun yaşadığı evə baxış keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində zamanı oradan 3 kibrit qutusunda ümumi çəkisi 300 qramdan çox qurudulmuş marıxuana aşkar edilərək maddi sübut kimi götürülüb. Saxlanılan şəxs tutduğu cinayəti etiraf edib. 

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi