Bakı. 26 dekabr. REPORT.AZ/ Bakıda dələduzluq etdiyinə görə axtarışda olan şəxs tutulub. Nizami Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə axtarışda olan, əvəllər məhkum olunan, 56 yaşlı Hüseynov Yusif Rza oğlu saxlanılıb. O, vətəndaşların etibarından istifadə edərək onların pullarını mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, Y.Hüseynov I qrup əlildir. Onun hər iki ayağı amputasiya olunub.