Polis Bakı və Lənkəranda əməliyyat keçirdi, saxlanılanlar var

Polis Bakı və Lənkəranda əməliyyat keçirdi, saxlanılanlar var Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov Lənkəran rayonu ərazisində saxlanılıb.
Hadisə
2137
30 İyul , 2020 11:47
Polis Bakı və Lənkəranda əməliyyat keçirdi, saxlanılanlar var

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi  əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov Lənkəran rayonu ərazisində saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, şəxsi axtarış zamanı ondan 2 qramdan artıq tiryək aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Abşeron rayonunun Masazır qəsəbəsində kirayədə yaşadığı evə baxış zamanı isə əlavə olaraq 6 kq 475 qram tiryək, 855 qrama yaxın heroin, 904 qrama yaxın metamfetamin və 1 kq 885 qram marixuana götürülüb.

Bundan başqa, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini E.Məmmədov Xəzər rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 1 kq 30 qram heroin aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi