Polis avtomobildə 10 kiloqramdan artıq narkotik vasitə gizlədən sürücünü saxlayıb

Polis avtomobildə 10 kiloqramdan artıq narkotik vasitə gizlədən sürücünü saxlayıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
829
5 İyul , 2017 17:14
Polis avtomobildə 10 kiloqramdan artıq narkotik vasitə gizlədən sürücünü saxlayıb

Bakı. 5 iyul. REPORT.AZ/ Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məumata görə, Binəqədi Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş Ağaxan Hüseynov Binəqədi-Xırdalan yolunda “Vaz 21015” markalı avtomobili idarə edən zaman kobud qayda pozuntusuna yol verdiyi üçün ona saxlama əmri verilib.

Sürücü əvvəlcə yol polisinin qanuni saxlama əmrinə tabe olmayaq qaçmağa cəhd göstərib. Amma polisin ayıq-sayıqlığı nəticəsində sürücünün qaçmaq cəhdinin qarşısı alınıb. Saxlanılandan sonra sürücü A.Hüseynovun şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən A.Hüseynov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı nəqliyyat vasitəsinin yük yerində gizlədilmiş 10 kiloqram 670 qram qurudulmuş marixuana, 75,326 qram tiryək aşkar edilərək götürülüb.

Qeyd edək ki, sürücünün üzərinə baxış keçirilən zaman əlavə olaraq ondan yüksək psixotrop təsirə malik olan 180 qram metoamfetamin həbləri də aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini və avtobilində gizlətdiyini etiraf edib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi